ABŞ-da daşqınlar nəticəsində 2 nəfər ölüb, 3 nəfər itkin düşüb

ABŞ-da daşqınlar nəticəsində 2 nəfər ölüb, 3 nəfər itkin düşüb
# 28 may 2016 04:26 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində 2 nəfər ölüb, 3-ü itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər körpüdən suya düşən avtomobilin içindən bir nəfərin meyitini tapıblar. Daha bir şəxsin meyiti isə su altında qalan evdə aşkarlanıb.

Son iki sutka ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Bundan başqa, Texas və Kanzas ştatlarında baş verən qasırğa yüzlərlə yaşayış evinə ziyan vurub, həmçinin elektrik enerjisinin kəsilməsinə səbəb olub. Texas ştatının bir sıra yaşayış məntəqələrində daşqınlara görə evakuasiya elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR