Hakan Şükür barəsində daha bir həbs qərarı verilib

Hakan Şükür barəsində daha bir həbs qərarı verilib
# 16 avqust 2016 16:06 (UTC +04:00)

Bakı - APA. Bu gün Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində sabiq millət vəkili və futbolçu Hakan Şükür haqqında daha bir həbs qərarı verilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Terror və Terror Təşkilatı Cinayətləri Prokurorluğu silahlı terror təşkilatına üzv olmaqda şübhəli sayılan H. Şükürün ifadəsinin alınması üçün belə bir qərar çıxarıb.

Qeyd edək ki, bundan əvvəl Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H. Şükürün həbs edilməsi barədə qərar verib. O, terror təşkilatına maliyyə yardımı göstərməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR