Jan-Pyer Allali: “Azərbaycan tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir”

Jan-Pyer Allali: “Azərbaycan tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir”
# 20 aprel 2016 15:03 (UTC +04:00)

Bakı - APA. Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurası (CRIF) İdarə Heyətinin üzvü və Parisdə yerləşən Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın (LICRA) baş katibi Jan-Pyer Allali 2016-cı ilin Azərbaycanda multikulturalizm ili kimi qeyd edilməsinə münasibət bildirib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, o, Azərbaycanı çox yaxşı tanıdığını deyib: "Bu ölkəyə mütəmadi olaraq səfərlər edirəm. Müsəlman, lakin yetərincə dünyəvi dövlət olan bu ölkə tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir.

Azərbaycanda bütün dinlər və mədəniyyətlər heç bir diskriminasiyaya məruz qalmadan bütün azərbaycanlıların çiçəklənməsi və xoşbəxtliyi naminə ahəngdar şəkildə qarışmışdır. Azərbaycanda “birgə yaşamaq” prinsipi uzun zamandan bəri mövcuddur. Bu, Avropa ölkələrində uzu müddətdir hədəf elan olunsa da, Azərbaycanda təbii və sülh içərisində mövcud olmaqdadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR