Nazir Əli Abbasov Qəbələdə vətəndaşları qəbul edib - FOTO - VİDEO

Nazir Əli Abbasov Qəbələdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2015 10:47 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 19-da Qəbələdə bölgə vətəndaşlarını qəbul edib. APA-nın yerli bürosunun xəbərinə görə Qəbələ, Şəki, Oğuz, İsmayıllı rayonlarından olan sakinlərin müraciəti əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi, xidmət mədəniyyəti və digər məsələlərlə bağlı olub.

 

Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini yaradılmış canlı videobağlantı ilə aydınlaşdıraraq tapşırıqlar verib, bir sıra məsələləri yerindəcə həll edib.

 

Qəbulda 25-ə yaxın vətəndaş iştirak edib.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR