Nazirlik: Son 2 ildə Azərbaycanda 1 dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib

Nazirlik: Son 2 ildə Azərbaycanda 1 dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib
# 15 avqust 2016 13:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Son 2 ildə Azərbaycanda bir dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib və satışdan çıxarılıb. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu “Bioparoks” dərman vasitəsidir.

Qeyd olunub ki, Azərbaycan Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox" adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyaların aşkar olunması səbəbi ilə dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR