Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi: Əcnəbi terrorçular Dağıstana toplaşır

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi: Əcnəbi terrorçular Dağıstana toplaşır
# 30 yanvar 2016 23:28 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairədəki səlahiyyətli nümayəndəsi Sergey Məlikov Dağıstandakı qanunsuz silahlı dəstələrin sıralarına əcnəbi terrorçuların axışdığını bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə bölgə rəhbərinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Hazırda güc strukturlarının işi dəyişilərək, daha çox, “nöqtəli” şəkildə, əhali arasında minimal itkilərlə həyata keçirilir. Unutmaq lazım deyil ki, Dağıstandakı qanunsuz silahlı dəstələrin sıraları daim doldurulur, o cümlədən, xarici ölkələrdən gələn silahlılarla da”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR