Zaqatalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib

Zaqatalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib
# 13 iyun 2016 12:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı tədbirləri davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Zaqatala rayonunda inşa olunmuş 13 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Yeni mənzillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, habelə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıblar.

Evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olmuş insanların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün onların mənzillə təminatı respublikamızda icra olunan mühüm sosial proqramlardan biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçən il 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib, bu ilin ötən dövründə bu təbəqələrdən olan 193 nəfər vətəndaşın yeni mənzillə təminatı həyata keçirilib. Hazırda respublikamızın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 5 ədədi Qarabağ müharibəsi əlillərinin, 8 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR