Masallıda şəhid Firdovsi Bağırzadənin adı əbədiləşdirilib

Masallıda şəhid Firdovsi Bağırzadənin adı əbədiləşdirilib
# 19 may 2016 13:31 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunun Güllütəpə kəndində şəhid Firdovsi Əliş oğlu Bağırzadənin adına verilmiş küçənin açılışı olub.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun icra strukturları, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Milli Məclisin Masallıdan olan deputatlarının, ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin və yerli sakinlərin iştirak etdiyi tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhidin həyat yolundan danışaraq, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə kəndin mərkəzi küçələrindən birinə onun adının verildiyini bildirib. Daha sonra şəhidin adı həkk olunan barelyefin örtüyü qaldırılıb.

Qeyd edək ki, şəhid Firdovsi Bağırzadə 1996-cı ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2014-cü ilin oktyabr ayında Masallı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin aprel ayında cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub.


Şəhidin nəşi aprelin 9-da Güllütəpə kənd qəbiristanlığında torpağa tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR