Vyanada Liviya ilə bağlı beynəlxalq görüş başlayıb

Vyanada Liviya ilə bağlı beynəlxalq görüş başlayıb
# 16 may 2016 15:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Vyanada Liviya ilə bağlı beynəlxalq görüş başlayıb.

APA-nın məlumatına görə, 20-dən çox ölkənin rəsmi şəxslərinin qatıldığı toplantıya ABŞ dövlət katibi Con Kerri və İtaliyanın xarici işlər naziri Paolo Gentiloni sədrlik edir.

Görüşün əsas məqsədi indiki Liviya hökumətinə kömək etmək yollarını müzakirə etməkdir. Tədbirə Liviyanın baş naziri Faiz Saraj da qatılıb.

Liviya üzrə görüşdən sonra Vyanada Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin və həmsədrlərin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR