Boliviyada 5,5 maqnitudalı zəlzələ baş verib

Boliviyada 5,5 maqnitudalı zəlzələ baş verib
# 22 may 2016 15:51 (UTC +04:00)

Bakı-APA. Bu gün Boliviyanın cənubunda, Argentina sərhədindən 7 km uzaqlıqda 5,5 maqnitudalı zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 8.20-də (Bakı vaxtı ilə 16.20) Boliviyanın Yakuiba şəhərindən 66 km cənub-qərbdə, Argentinanın Tartaqal şəhərindən 44 km uzaqlıqda baş verib. Zəlzələ ocağı 9,2 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR