Əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün aylıq pul kompensasiyası təyin edilib

Əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün aylıq pul kompensasiyası təyin edilib
# 04 may 2016 22:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün verilən pul kompensasiyasının məbləğinin müəyyən edilməsi barədə” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün aylıq pul kompensasiyasının məbləğı 20 manat müəyyən edilib.

Müəyyən edilib ki, tələb olunan vəsaitlərin ödənilməsi rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin saxlanılması üçün nəzərdə tutulan xərclər dairəsində müvafiq qaydada həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR