İŞİD Dərbənddəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Dərbənddəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb
# 14 may 2016 23:33 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları Dağıstanın Dərbənd şəhərində polis əməkdaşlarına qarşı törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. Terror qruplaşması ilə əlaqəli olan informasiya resursları Dərbənddə polislə toqquşmalarda İŞİD silahlılarının iştirak etdiyini bildiriblər. İŞİD-in yaydığı bəyanatda toqquşmalarda 3 polis əməkdaşının öldürüldüyü, silahlılar arasında isə itkilərin olmadığı vurğulanır.

Qeyd edək ki, ötən gün Dərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb.

Atışma zamanı 17 polis yaralanıb, 2-si həlak olub.

Əməliyyat zamanı Dərbənd polis idarəsinin cinayət axtarış şöbəsinin rəisinin də həlak olduğu bildirilir.

Qeyd olunan silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR