“Dəmirbank” aktivlərini 15% artırıb

“Dəmirbank” aktivlərini 15% artırıb
# 28 aprel 2016 08:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Dəmirbank”ın aktivlərinin həcmi 2016-cı ilin I rübündə 548,606 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,63% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,55% artaraq 401,020 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 198,134 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin aprel ayının 1-ə olan göstəriciyə nisbətən 4,98% azdır.

Bankın ipoteka kreditlərinin həcmi 48,872 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,93% azdır və kreditlərin 42,063 mln. manatı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın maliyyə qurumlarına verdiyi kreditlər 80,96% artaraq 3,529 mln. manata çatıb.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 59 bankomatı, 1009 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR