Kanada və Böyük Britaniyadan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşı alınıb

Kanada və Böyük Britaniyadan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşı alınıb
# 18 may 2016 13:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində Kanadadan beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan poçt bağlamasına gömrük baxışı keçirilərkən kəskin qoxuya malik bitki mənşəli kütlələr aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, eyni gündə eyni şəxsin adına Böyük Britaniyadan beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olan digər bir bağlamadan isə gömrük nəzarəti zamanı toz halında maddə aşkar olunub.

Azərbaycanın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən bitki mənşəli kütlələr təmiz çəkisi 56,54 qram olan qurudulmuş marixuana, toz halında maddə isə təmiz çəkisi 6,212 qram olan və Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə olan MDA (tenamfetamin)dir.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan bağlamanı sifariş verən Azərbaycan vətəndaşı müəyyən edilərək poçt göndərişini qəbul edən zaman saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR