Azərbaycanda döyməyə görə cərimələrin miqdarı azaldılır

Azərbaycanda döyməyə görə cərimələrin miqdarı azaldılır
# 06 may 2016 12:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda döymə və zorakı hərəkətlərlə qəsdən fiziki ağır xəsarət yetirməyə görə cərimələrin miqdarı azaldılır.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisdə qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə öz əksini tabıp.

Qüvvədə olan qanuna əsasən hazırda döymə və zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək cərimə və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Təklif edilən dəyişiklikdə isə qeyd edilib ki, döymə və zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək cərimə və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR