ABŞ səfiri: “Prezidentlərin iyun görüşünün münaqişənin həllinə gətirib çıxaracağına çox ümidliyik"

ABŞ səfiri: “Prezidentlərin iyun görüşünün münaqişənin həllinə gətirib çıxaracağına çox ümidliyik"
# 18 may 2016 12:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ hökuməti çox ümidlidir ki, Azərbaycan və Ermənistan prezidentlərinin mümkün iyun görüşü Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə gətirib çıxaracaq”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills İrəvanda keçirilən ABŞ-Ermənistan biznes forumu zamanı jurnalistlərə açıqlamasında deyib. Diplomatın fikrincə, Vyanadan gələn xəbərlər ümidverici olub: “Hər iki tərəf 1994-1995-ci il razılaşmalarına sadiqliklərini təsdiqlədikləri üçün nailiyyət əldə olunub”.

Təmas xəttində insidentlərin araşdırılması mexanizmini yaradılması ilə bağlı qəbul edilən qərarın müsbət qiymətləndirilməli olduğunu söyləyən səfir bunun tərəflərin xoş iradə və hazırlıqlarının göstəricisi olduğunu bildirib: “Minsk Qrupunun həmsədrləri ardıcıl xətt yeritməyə və hazırki tendensiyanı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR