Bakıda civə satan şəxsin şikayəti təmin edilməyib

Bakıda civə satan şəxsin şikayəti təmin edilməyib
# 07 may 2016 08:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində civə alverində təqsirləndirilən Barat Şirinovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Barat Şirinov 5 kiloqram 130 qram ağ civəni satarkən tutulub. O, Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi) maddəsinə əsasən ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Şirinov 5 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR