Cəlilabadda 3 otaqlı ev yanıb

Cəlilabadda  3 otaqlı ev yanıb
# 06 oktyabr 2015 17:19 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Uzuntəpə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR