Naməlum şəxslər Gəncə şəhər sakininə xəsarət yetirib

Naməlum şəxslər Gəncə şəhər sakininə xəsarət yetirib
# 26 fevral 2016 18:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini yaşadığı evdə naməlum şəxsin hücumuna məruz qalıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.

Şəhər sakini, 1958-ci il təvəllüdlü Aidə Şəfiyeva yaşadığı evdə bir otaqdan başqa bir otağa keçmək istəyərkən naməlum şəxs tərəfindən küt alətlə vurulub. Müxtəlif bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Xəsarət yetirən şəxsin evə soyğunçuluq məqsədi ilə girdiyi ehtimal olunur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR