Bakıda 4 yaşıl qızı maşın vuraraq öldürüb

Bakıda 4 yaşıl qızı maşın vuraraq öldürüb
# 16 iyun 2016 09:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 4 yaşlı uşağı maşın vurub.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini 2012-ci il təvəllüdlü Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş N.Zeynalova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR