Bahar Muradova Qazaxıstanda beynəlxalq  konfransda  iştirak edəcək

Bahar Muradova Qazaxıstanda beynəlxalq  konfransda  iştirak edəcək
# 29 may 2016 08:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Qazaxıstanın Senatının rəhbərliyinin təşkilatçılığı ilə keçiriləcək “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər iyunun 1-dək davam edəcək.

Astana şəhərində keçiriləcək toplantıda vitse-spiker mövzu ilə əlaqədar çıxış edəcək, Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün dinlərin daşıyıcıları olan insanlara göstərilən səmimi münasibətdən, terrorizmə qarşı mübarizədən söhbət açacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR