Bakının daha bir küçəsində təmir işlərinə başlanılıb

Bakının daha bir küçəsində təmir işlərinə başlanılıb
# 05 may 2016 14:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azəravtoyol” ASC tərəfindən Nizami rayonu Rüstəm Rüstəmov küçəsində təmir işlərinə başlanılıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 3,7 km (1,85 km. x 2), eni isə 27,5 metr olan küçə hər bir istiqamətə 2 olmaqla, 4 hərəkət zolağından ibarətdir.

Təmir-tikinti işləri çərçivəsində hazırda küçə boyu hazırda köhnə səki daşlarının sökülməsi işləri aparılır. Söküntü işləri yekunlaşandan sonra küçəyə 8 min p/m yeni səki daşının düzülməsi və köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə küçənin 100 min kvadratmetrdən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınacaq, yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulacaq. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.

Qeyd edək ki, Rüstəm Rüstəmov küçəsi Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR