Manat Azərbaycanın əksər əsas ticarət tərəfdaşlarının milli valyutasına qarşı möhkəmlənib

Manat Azərbaycanın əksər əsas ticarət tərəfdaşlarının milli valyutasına qarşı möhkəmlənib
# 13 iyun 2016 07:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı sabit qalaraq 1,5114 manat təşkil edib.


Avronun manata qarşı zəifləməsi davam edir. Avrozonanın vahid valyutası manata nisbətən 0,38% ucuzlaşaraq 1,7005 manata çatıb.


Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 1,7% zəifləyərək 0,0231 manat olub.

Türkiyə lirəsi də manata nisbətən zəifləyib. Belə ki, qardaş ölkənin milli valyutası 1,1% zəifləyərək 0,5156 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1447 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 1,8%-lik eniş nümayiş etdirib.

Gürcüstan larisi isə 0,32% ucuzlaşaraq 0,7073 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR