Avropa İttifaqının Kosovodakı missiyasının mandatı iki il müddətinə uzadılıb

Avropa İttifaqının Kosovodakı missiyasının mandatı iki il müddətinə uzadılıb
# 15 iyun 2016 01:00 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Kosovoda qanuniliyin və asayişin təmin olunmasına dair missiyasının mandatını (EULEX Кosovo) iki il müddətinə - 2018-ci lin iyunun 14-dək uzadıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.

Aİ-nin Kosovoda polis-hüquqi missiyası BMT-nin missiyasını (UNMIK) öz üzərinə götürərək, 2008-ci ilin dekabrından fəaliyyət göstərir. Aİ missiyasına Avropa ölkələrindən 1600-dək mütəxəssis daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR