Suriyada terrorçu-kamikadze özünü partladıb, azı 30 nəfər ölüb

Suriyada terrorçu-kamikadze özünü partladıb, azı 30 nəfər ölüb
# 05 iyul 2016 20:14 (UTC +04:00)

Bakı-APA. Suriyanın Əl-Xasaka şəhərində terrorçu-kamikadze özünü partladıb, nəticədə azı 30 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terror aktı şəhərin Əs-Səlahiyyə məhəlləsində, insanların çox olduğu yerdə törədilib.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR