Şamaxıda “Mercedes” dərəyə aşıb, sürücü ölüb

Şamaxıda “Mercedes” dərəyə aşıb, sürücü ölüb
# 13 iyul 2016 13:03 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Şamaxı şəhər sakini Həşimov Maarif Arif oğlu 90-BX-297 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Avtomobildə tək olan sürücü M. Həşimov hadisə yerində ölüb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR