“Vahid Rusiya”nın keçirdiyi ilkin seçkidə 2 azərbaycanlı namizəd iştirak edib

“Vahid Rusiya”nın keçirdiyi ilkin seçkidə 2 azərbaycanlı namizəd iştirak edib
# 23 may 2016 10:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyada iqtidarda olan "Vahid Rusiya" (“Yedinaya Rossiya”) Partiyası bu ilin sentyabr ayına təyin olunmuş Duma seçkilərində öz namizədlərini müəyyənləşdirmək üçün ilkin seçki (“praymeriz”) keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın bütün ərazisində açılmış 19 min seçki məntəqəsində keçirilən ilkin seçkidə 2781 namizəd iştirak edib. “Praymeriz”ə partiyaya üzvlüyündən asılı olmayaraq, ölkə xaricində maliyyə hesabı və əmlakı olmayan, cinayət məsuliyyətinə cəlb edilməmiş namizədlər qatılıb.

“Vahid Rusiya” Partiyası Ali Şurasının katibi Sergey Neverov bildirib ki, səsvermədə 8,5 milyon vətəndaş iştirak edib. “Praymeriz”in yekun nəticələri mayın 27-dək məlum olacaq.

Qeyd edək ki, ilkin seçkidə azərbaycanlı namizədlər də iştirak ediblər. Bunlar Sankt-Peterburq şəhərindən namizəd İdris Qəhrəmanov və Dağıstan Respublikasından namizəd olan Ramin Qasımovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR