Beynəlxalq Yer Günü ilə əlaqədar iməcilik keçirilib

Beynəlxalq Yer Günü ilə əlaqədar iməcilik keçirilib
# 22 aprel 2016 10:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “22 aprel - Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ənənəvi olaraq ölkə ərazisində iməciliklər keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, iməcilikdə 10 hektar sahədə abadlıq işləri aparılaraq yeni ağaclar əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ərazi alaq otlarından təmizlənib. Beynəlxalq Yer günü ilə əlaqədar Nazirliyin Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələri tərəfindən regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Qeyd edək ki, “22 aprel - Beynəlxalq Yer Günü”nün keçirilmə ənənələri 19-cu əsrin ikinci yarısına təsadüf edir. O dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR