Prezident İlham Əliyev Canni İnfantinonu FİFA prezidenti seçilməsi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Canni İnfantinonu FİFA prezidenti seçilməsi münasibətilə təbrik edib
# 27 fevral 2016 11:17 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR