Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 18 may 2016 10:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gətirilən külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsindən Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Gürcüstandan Azərbaycana gələn Tovuz rayon sakininin idarə etdiyi “Nissan X-Trail” markalı nəqliyyat vasitəsinə tütün məmulatlarının axtarışı üzrə "Belıy" ləqəbli kinoloji xidmət itinin vasitəsi ilə baxış keçirilib.

Xidməti itin avtomobilin qapılarına verdiyi reaksiya əsasında nəqliyyat vasitəsinin qapılarının içliyi sökülüb və nəticədə avtomobilin qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 14 000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR