Rusiyada ata 2 yaşlı oğlunu öldürdükdən sonra intihar edib

Rusiyada ata 2 yaşlı oğlunu öldürdükdən sonra intihar edib
# 01 fevral 2016 07:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Krasnoyarsk diyarının Uyar şəhər sakini 2 yaşlı oğlunu öldürdükdən sonra intihar edib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə regionun operativ xidmətlərindəki mənbədən bildirilib.

İstintaq komitəsinin regional idarəsindən deyilib ki, 36 yaşlı oğullarının telefon zənglərinə cavab verməməsindən narahat olan valideynlər onun evinə gediblər. Evin qapısının içəridən bağlı olduğunu görən valideynlər pəncərəni sındıraraq evə daxil olub və cəsədləri aşkar ediblər.

İlkin versiyaya görə, hadisəyə həmin şəxsin həyat yoldaşının boşanmaq istəyi səbəb olub. Hadisə baş verən yerdə ov tüfəngi və iki patron aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR