Əczaçılıq şirkətinin Bakı Vergilər Departamentinə qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb

Əczaçılıq şirkətinin Bakı Vergilər Departamentinə qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb
# 09 dekabr 2015 07:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Folium Farm” MMC-nin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə bildirilib ki, “Folium Farm” MMC apellyasiya şikayətindən imtina edib. Buna görə də məhkəmədə apellyasiya şikayətinə xitam verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, şirkət departament tərəfindən tərtib edilən aktın ləğv edilməsi, vergi və maliyyə sanksiyası borcunun silinməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə şirkətin iddiasını təmin etməyib. Bundan sonra şirkət apellyasiya şikayəti verib.

Onu da qeyd edək ki, “Folium Farm” MMC Azərbaycanda əczaçılıq məhsullarının satışını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR