Azərbaycan səfiri Mahaçqalada Dağıstan Respublikasının rəhbəri ilə görüşüb

Azərbaycan səfiri Mahaçqalada Dağıstan Respublikasının rəhbəri ilə görüşüb
# 18 yanvar 2016 09:38 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycanın Rusiyadakı Polad Bülbüloğlu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovla görüşüb.

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Mahaçqala şəhərində keçirilən görüşdə R. Abdulatipov 2016-cı ilin əvvəlinin görkəmli bəstəkar, SSRİ-i xalq artisti Murad Kajlayevin 85 illik yubileyi ilə yadda qalacağını deyərək, bu hadisənin Azərbaycan üçün də bayram olduğunu sevindirici hal kimi səciyyələndirib.

Mahaçqalada görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin abidəsinin ucaldılması və onun adına meydanın salınması istiqamətində görülən işlər haqqında danışan R. Abdulatipov Dərbənd şəhərinin 2000 illiyi ilə bağlı keçirilən tədbirin hazırlığına Azərbaycanın verdiyi töhfəni xüsusi vurğulayıb. Qarşılıqlı əməkdaşlığın bundan sonra da davam edəcəyini deyən Dağıstanın rəhbəri burada Olimpiya idman mərkəzinin və Azərbaycan musiqili-dram teatrının binasının inşa ediləcəyini söyləyib.

P. Bülbüloğlu isə Dağıstanla Azərbaycan arasında möhkəm mədəni, iqtisadi və mənəvi əlaqələrin olduğunu vurğulayıb. O, vaxtilə Bakıda yaşadığına və dahi bəstəkar, SSSR-i xalq artisti Qara Qarayevdən dərs aldığına görə M. Kajlayevin Azərbaycan üçün dəyərli olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR