Latviyanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

Latviyanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər
# 07 mart 2016 17:32 (UTC +04:00)

Bakı-APA. Latviyanın sabiq prezidentləri Vayra Vike-Frayberqa və Valdis Zatlers IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, martın 10-11-də Bakıda Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Forumun mövzusu “Çoxqütblü dünyaya doğru”dur.

Qeyd edək ki, Vayra Vike-Frayberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. 1999-2007-ci illər ərzində iki dəfə Latviya Respublikasının Prezidenti seçilən Vayra Vike-Frayberqa 2013, 2014, 2015-ci illərdə Qlobal Bakı forumlarında iştirak edib. Bundan başqa, forumlara hazırlıq məqsədi ilə keçirilən görüşlərə qatılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdes Zatler isə 2007-2011-ci illərdə Latviya Respublikasına rəhbərlik edib. Sabiq Prezident ötən il ölkəmizdə keçirilmiş III Qlobal Bakı Forumunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR