Bakıda 76 yaşlı qadını qətlə yetirən şəxslər tutulub

Bakıda 76 yaşlı qadını qətlə yetirən şəxslər tutulub
# 23 aprel 2016 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda 76 yaşlı qadın qonşusu tərəfindən qətlə yetirilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 21-də Bakı şəhər sakini - 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun, qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədi ilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.

V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu və qızıl əşyaları təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR