İŞİD terrorçusu hamının gözü qarşısında anasını edam edib

İŞİD terrorçusu hamının gözü qarşısında anasını edam edib
# 08 yanvar 2016 15:03 (UTC +04:00)

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə Rakka şəhərində baş verib.

Suriya İnsan Haqları Müşahidə Şurasının saytında yer alan xəbərə görə, 40 yaşlı qadın 20 yaşlı oğlunu İŞİD sıralarını tərk etmək və Rakkadan qaçmağa inandırmağa çalışıb. Lakin qadın buna nail olmayıb.

Əvəzində qadının oğlu bu barədə qruplaşmanın yerli başçısına məlumat verib. Bundan sonra qadın saxlanılıb. Oğul anasını işlədiyi poçt şöbəsinin qarşısındakı meydanda hamının gözü qarşısında edam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR