İl ərzində avtomobillərin icbari sığortası üzrə daxilolmalar 6% artıb

İl ərzində avtomobillərin icbari sığortası üzrə daxilolmalar 6% artıb
# 02 may 2016 08:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin aprel ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 109 121 müqavilə qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bunların 10 147-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin aprel ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8,4 mln. manat təşkil edib.

2015-ci ilin aprel ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,7%, sığorta haqlarının məbləğində isə 5,8% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR