Bu ilin I yarısında BTC kəməri ilə 17,3 mln. ton xam neft ixrac olunub

Bu ilin I yarısında BTC kəməri ilə 17,3 mln. ton xam neft ixrac olunub
# 22 avqust 2016 11:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarım ildə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə təqribən 17,3 mln. ton (130 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 166 tankerə yüklənib.

APA-Economics”in “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümumilikdə təxminən 2,49 mlr. barel (332 mln. ton) xam neft nəql edilib və Ceyhanda 3278 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Bu ilin birinci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 mln. dollar, əsaslı xərclərə isə 26 mln. dollar xərclənib.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Shevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); ENİ (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%), “İnpex” (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR