Azərbaycandakı banklardan biri xidmət şəbəkəsini genişləndirib

Azərbaycandakı banklardan biri xidmət şəbəkəsini genişləndirib
# 12 oktyabr 2015 07:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı və Sumqayıt şəhərlərində "Muğanbank" ASC-nin üç yeni şöbəsi fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, bank kartlarının sifarişi, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Yeni açılmış 2, 3 və 8 saylı şöbələri müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, məhəllə 528, Ələsgər Ələkbərov küçəsi, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 6, mənzil 61 və Sumqayıt şəhəri, 3-cü mikrorayon, H. Əliyev prospekti 56 C ünvanında müştərilərə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR