Sumqayıtda avtomobillə motosiklet toqquşub, motosikletin sürücüsü ölüb

Sumqayıtda avtomobillə motosiklet toqquşub, motosikletin sürücüsü ölüb
# 19 avqust 2016 11:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində avtomobillə motosiklet toqquşub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 10.00 radələrində Sumqayıt şəhər sakinləri Bəhram Ağayevin idarə etdiyi “Tofaş” markalı avtomobillə İlham Qasımovun idarə etdiyi “Yamaha” markalı motosiklet toqquşub.

Xəstəxanaya yerləşdirilmiş İ. Qasımov orada ölüb.

Sumqayıt ŞPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR