Azərbaycanda hasilat şirkətlərinin məlumatlarını qiymətləndirəcək şirkət müəyyən edilib

Azərbaycanda hasilat şirkətlərinin məlumatlarını qiymətləndirəcək şirkət müəyyən edilib
# 29 iyun 2016 16:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

Fonddan ”APA-Economics”ə verilən məlumata görə, iclas zamanı iştirakçılar Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi və 2015-ci il üzrə MHŞT Proqres Hesabatını müzakirə edib.

İclas iştirakçıları həmçinin Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və Azərbaycan hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 20, 21, 22-ci hesabatı (2015, 2016, 2017-ci illər üzrə) tutuşduraraq təhlil edəcək müstəqil administrator (auditor) şirkətinin seçilməsi məqsədilə keçirilən təkliflər sorğusunun nəticələrini müzakirə edib. Çoxtərəfli Qrup növbəti üç il üçün yerli və xarici hasilat şirkətlərindən əldə edilmiş məlumatların toplanması və tutuşdurulmasının “Mur Stivens” şirkəti tərəfindən keçirilməsinə qərar verib.

ÇQ-nin iclasında mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlanması məqsədilə hüquq, məsləhət xidmətlərinin göstərilməsi üçün “Baker & McKenzie” şirkəti seçilib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR