Ukrayna ilə Rumıniya NATO rəhbərliyi altında Qara dənizdə donanma yarada bilər

Ukrayna ilə Rumıniya NATO rəhbərliyi altında Qara dənizdə donanma yarada bilər
# 21 aprel 2016 13:19 (UTC +04:00)

Bakı – APA. Ukrayna ilə Rumıniya NATO rəhbərliyi altında Qara dənizdə hərbi donanmasının yaradılması imkanlarını nəzərdən keçirir.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Buxarestdə Ukrayna prezidenti Pyotr Poroşenko rumıniyalı həmkarı Klaus Yohannislə birgə keçirdiyi brifinqdə bəyan edib.

O bildirib ki, məqsəd Qara dənizdə NATO mövcudluğunun gücləndirilməsi və təhlükəsizliyin möhkəmləndirilməsidir. Poroşenkonun sözlərinə görə, alyans bu təşəbbüsü təsdiqlədikdən sonra Ukrayna ona məmnuniyyətlə qoşulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR