Xamneinin müşaviri Rusiyaya səfər edib

Xamneinin müşaviri Rusiyaya səfər edib
# 01 fevral 2016 12:34 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. İranın ali dini liderinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayətinin Rusiyaya rəsmi səfəri başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.



Məlumatda Əli Əkbər Vilayətinin Rusiyanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlərinin planlaşdırıldığı bildirilib. Rusiya Strateji Araşdırmalar İnstitutunun dəvəti ilə Moskvada səfərdə olan Vilayətinin keçirəcəyi görüşlərdə Rusiya-İran münasibətləri və regiondakı vəziyyətin müzakirə ediləcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR