Yozef Blatter İsveçrə XİN-in Burundi prezidentinin vəzifədən uzaqlaşdırılması üçün ona müraciət etdiyini açıqlayıb

Yozef Blatter İsveçrə XİN-in Burundi prezidentinin vəzifədən uzaqlaşdırılması üçün ona müraciət etdiyini açıqlayıb
# 21 aprel 2016 14:50 (UTC +04:00)

APA-nn “World Soccer”ə istinadən verdiyi məlumata görə, bu barədə keçmiş FİFA rəhbəri İsveçrədə alman dilində nəşr olunan “Futbol missiya və ehtiras kimi” kitabında yazıb.

Y. Blatter 2015-ci ilin mayında İsveçrənin xarici işlər naziri İv Rosyenin Burundi prezidentinin böyük siyasətdən getməsi üçün ona FİFA-da diplomatik vəzifə verilməsinin mümkünlüyü ilə bağlı maraqlandığını bildirib. Y. Blatterə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Lidiya Nsekera vasitəsi ilə müraciət edildiyini güman olunur. Sabiq FİFA prezidenti iddia edir ki, İsveçrə Xarici İşlər Nazirliyi bu məsələdə ABŞ-ın xahişi ilə hərəkət edib.

İsveçrə XİN-in nümayəndəsi Y. Blatterə müraciət edildiyini təsdiqləsə də, səbəbini açıqlamayıb.

Xatırladaq ki, P. Nkurunziza 2005-ci ildə 10 illik vətəndaş müharibəsindən sonra Burundidə keçirilən prezident seçkilərində qalib gəlib. İki dəfə prezident seçildikdən sonra o, 2015-ci ildə yenidən bu post yiyələnmək istəyini ifadə edib. Burundi prezidentinin bu qərarı dünya ictimaiyyətinin narahatlığına səbəb olsa da, o, 2015-ci ilin noyabrında üçüncü müddətə prezident seçilib.

Xatırladaq ki, Y. Blatter ötən ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR