ABŞ və Kuba bu gün münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər

ABŞ və Kuba bu gün münasibətlərin normallaşdırılmasını müzakirə edəcəklər
# 30 sentyabr 2016 05:47 (UTC +04:00)

Bakı-APA. Bu gün Vaşinqtonda ABŞ və Kuba arasında dördüncü ikitərəfli görüş keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə münasibətlərin normallaşdırılmasının davam etdirilməsi məsələsi müzakirə olunacaq.

Məlumata görə, görüşdə iqtisadiyyat, insan haqlarının qorunması, ətraf mühit, miqrasiya, səhiyyə və mədəniyyət sahələrinə dair məsələlər müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR