Rusiyada azərbaycanlı sex rəisi bədbəxt hadisə nəticəsində ölüb

Rusiyada azərbaycanlı sex rəisi bədbəxt hadisə nəticəsində ölüb
# 01 sentyabr 2016 07:52 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə azərbaycanlının ölümü ilə nəticələnib.

APA-nın "Life78" saytına istinadən verdiyi məlumata görə, avqustun 31-də Admiralteysk rayonunda yerləşən mebel sexində lövhə 57 yaşlı Azərbaycan əsilli sex rəisinin üstünə düşüb.

Onun döş qəfəsinin ağır zədələrindən öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR