Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib

Rusiyada sərnişin təyyarəsi məcburi eniş edib
# 20 iyun 2016 21:08 (UTC +04:00)

Bakı-APA. Moskva-Xabarovsk marşrutu üzrə uçan “Boeing-747” təyyarəsi məcburi eniş edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarə mühərrikində yaranan texniki nasazlıq səbəbindən “Vnukovo” aeroportuna geri dönməli olub.

Hadisə nəticəsində zərərçəkən olmayıb. Pilotlar təyyarəni təhlükəsiz şəkildə hava limanına endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR