Əməkdar mədəniyyət işçisi Vaqif Babayev vəfat edib

Əməkdar mədəniyyət işçisi Vaqif Babayev vəfat edib
# 16 avqust 2016 13:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əməkdar mədəniyyət işçisi Vaqif Babayev dünyasını dəyişib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Vaqif Babayev 1943-cü ildə Bakıda anadan olub. O, müxtəlif vaxtlarda Azərbaycan Dövlət Konservatoriyasında, Dövlət Teleradio Verilişləri Şirkətində, Əlcəzair Demokratik Xalq Respublikasının Milli Musiqi İnstitutunda, Dövlət Kamera Orkestrində, Azərbaycan Bəstəkarlar İttifaqında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində, Suriya Ərəb Respublikasının Ali Musiqi İnstitutunda, Bakı Musiqi Akademiyasında orkestr artisti və müəllim vəzifələrində çalışıb.

V. Babayev Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri vəzifəsində işləyib. 2013-cü ildə “Əməkdar mədəniyyət işçisi” mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR