SOCAR bir ildə qazma işlərini 2 dəfədən çox azaldıb

 SOCAR bir ildə qazma işlərini 2 dəfədən çox azaldıb
# 03 dekabr 2015 12:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 5 402 metr qazma işi həyata keçirilib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 5 987 metr və ya 2,11 dəfə azdır. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 97 725 metr qazma işi görülüb ki, bud a ötən ilin 11 ayı ilə müqayisədə 21 115 metr və ya 17,77% azdır.

Bunun da 96 725 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, noyabr ayı ərzində qazmadan alınmış 4, ilin əvvəlindən isə 63 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR