ABA və Beynəlxalq Maliyyə Korporasiyası birgə konfrans keçirəcək

ABA və Beynəlxalq Maliyyə Korporasiyası birgə konfrans keçirəcək
# 19 avqust 2016 13:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin sentyabrın 14-də Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə təşkilatçılığı ilə “Azərbaycanda Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi” çərçivəsində “Daşınar əmlakın yüklülüyü islahatı” adlı konfrans keçiriləcək.

ABA-dan “APA-Economics”ə verilən məlumata görə, konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə (təminatlı əqdlər) sahəsində islahata olan zərurət, hazırlanmış qanun layihəsinin vacib müddəaları, uğurlu xarici təcrübənin ölkəmizdə tətbiqi barədə təqdimatlar nümayiş etdiriləcək.

Qeyd edək ki, daşınar əmlakın girov kimi göstərilməsi sonda orta və kiçik sahibkarlara kreditin verilməsini rahatlaşdıracaq, ödəmə qabiliyyəti olan amma girov qismində daşınmaz əmlaka sahib olmayan şəxslər üçün yeni imkanlar yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR